Avropa Parlamentində PKK sərgisi açılıb


03:56     13 İyul 2016 pkk%20sergi.jpg

Belçikanın paytaxtı Brüsseldəki Avropa Parlamentində (AP) PKK sərgisi açılıb.


Femida.az “Milliyet” qəzetinə istinadən xəbər verir ki, AP Sosial Demokratik partiyası millət vəkillərindən olan Cozep Veidenholzeri ev sahibliyi etdiyi sərginin şəkillərini avstraliyalı fotoqraf Tomas Şmidinger çəkib. Qapılarını bir həftə qonaqlarına açacaq sərgidə PKK-nin qurucularından Abdullah Öcalanın və təşkilatın PYD, YPJ və YPG terrorçularının Suriyada çəkilmiş fotoşəkilləri nümayiş olunub. Fotoşəkillərin altında bəzi yerlərin adı “kanton” olaraq qeyd olunub. Viza məsələsi üçün Türkiyədən terrorla mübarziə qanununu dəyişdirməyi tələb edən AP-də daha əvvəl də YPG terror təşkilatının simvollarından olan parçalar asılmışdı.

Femida.az

Açar sözlər:

Oxunub: 1402