Merkel Qırğızıstana gedib


14:00     14 İyul 2016 cd80b4527896ebfe318a1c1fb09181bb.jpg

Almaniyanın kansleri Angela Merkel Qırğızıstana rəsmi səfər edib.


Bu barədə Qırğızıstan prezidentinin mətbuat xidməti xəbər verib.

“Manas” hava limanında Almaniya liderini Qırğızıstan prezidenti Almazbek Atambayev qarşılayıb.

İki ölkə liderlərinin görüşündə Qırğızıstan və Almaniya arasında əməkdaşlığın möhkəmləndirilməsi, eləcə də aktual beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1059