Merkel növbəti seçkilərə hazırlaşır


20:45     16 Noyabr 2016 merkel48.jpg

Angela Merkel 2017-ci ildə dördüncü dəfə Almaniya kansleri postuna sahib olmaq üçün mübarizə aparmaq niyyətindədir.


Bu barədə Bundestaqın xarici siyasət komitəsinin rəhbəri Norbert Rettgen bildirib.

Euronews telekanalının yaydığı məlumata görə, Almaniya hökumətinin hazırkı başçısının özü isə hələlik rəsmi olaraq elektoral planlarını elan etməyib.

Bu gün Merkelin miqrantlarla bağlı mövqeyindən nəinki seçicilər, hətta hakim koalisiyadakı bəzi tərəfdaşları da narazıdır.

Son sosioloji sorğuların nəticəsinə əsasən, almanların yarıdan çoxu Merkelin növbəti dəfə hökumətə başçılıq etməsini istəmir.

Xatırladaq ki, Angela Merkel ilk dəfə 2005-ci ildə kansler seçilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1191