Merkel Türkiyəyə gedir
18:32 20 Yanvar 2017
Almaniya kansleri Angela Merkel Türkiyəyə səfər edəcək.
Femida.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, səfərin fevral ayının əvvəllərində baş tutacağı gözlənilir.
Məlumata əsasən Merkelin gündəliyinə mühacir böhranının həlli, regional problemlər, terrorçuluqla mübarizədə işbirliyi və iqtisadi mövzular daxildir. Onun səfər çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırımla görüşləri planlaşdırılır.
Qeyd edək ki, bu ilin sentyabr ayında dördüncü dəfə Almaniya kansleri seçilməsi gözlənilən Angela Merkelin gündəmində mühacir böhranın həlli üçün işbirliyi xüsusi yer tutur.
Merkel mühacir böhranının yalnız Türkiyə ilə işbirliyi çərçivəsində çözülməsinin mümkünlüyünü bildirərək seçki öncəsi bu uğurlarını ictimaiyyətə göstərməyə çalışır.
Oxunub: 1514
Oxşar xəbərlər
- Merkelin partiyasına səs verməyin! - Ərdoğandan türklərə ÇAĞIRIŞ
- Merkel Makronla görüşəcək
- Merkel ilk addımı atdı - Trampla görüşə gedir
- Merkel də Trampa qarşı çıxdı
- Merkel 9-cu dəfə partiya sədri seçildi
- Merkel dördüncü dəfə kansler olmaq istəyir
- Merkel növbəti seçkilərə hazırlaşır
- Merkel Qırğızıstana gedib
- Merkelin Qarabağ planı - ŞƏRH
- Merkel “erməni soyqırımı” müzakirəsindən imtina etdi