Merkel 9-cu dəfə partiya sədri seçildi


03:14     07 Dekabr 2016 merkel5.jpg

Almaniya kansleri Angela Merkel doqquzuncu dəfə Xristian-Demokratik İttifaqı partiyasının (XDİ) sədri seçilib.


Femida.az Azərtac-a istinadla xəbər verir ki, Merkelin namizədliyi XDİ-nin bu gün keçirilən federal qurultayı nümayəndələrinin 89,5 faizi tərəfindən dəstəklənib. Yerli müşahidəçilər hər hansı sürpriz gözləmirdilər: 62 yaşlı Merkel artıq 16 il 8 aydır partiyanı idarə edir. Partiyaya ondan çox yalnız Helmut Kol sədrlik edib – 25 il.

Bununla belə, budəfəki seçkidə Angela Merkelin ən aşağı göstəricilərindən biri qeydə alınıb. 2012-ci ildə ona qurultay nümayəndələrinin 97,9 faizi səs vermişdi. Merkel ilk dəfə 2000-ci ilin aprelində xristian-demokratların lideri seçilmişdi və onda heç kəs güman etmirdi ki, bir vaxt o, dünyanın ən nüfuzlu qadını olacaq.

Xatırladaq ki, Angela Merkel XDİ-nin rəhbəri vəzifəsinə və Almaniya kansleri postuna namizədliyini yenidən irəli sürmək barədə qərarını təxminən iki həftə əvvəl açıqlayıb. O, eyni zamanda, etiraf edib ki, qarşıdakı seçkiqabağı yarış karyerasında ən çətini ola bilər.

Femida.az

Açar sözlər:

Oxunub: 1241