Türkiyədə 5 general və 29 polkovnik tutuldu


13:27     16 İyul 2016 turkiye_2016_29.jpg

Türkiyə Silahlı Qüvvələrinin 5 generalı və 29 polkovniki vəzifəsindən azad edilərək, saxlanılıb.


Femida.az-ın xəbərinə görə, bu barədə Türkiyənin CNNTürk kanalı məlumat yayıb.

Qeyd edək ki, hələ də Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar, həmçinin quru və hava qüvvələri komandanlarının yeri barədə heç bir məlumat yoxdur.

Anadolu Agentliyi isə III Ordu Hərəkat Qərargah başçısı, general Ekrem Çağlar da saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1413