Türkiyə parlamenti təcili iclas çağırdı


17:21     16 İyul 2016 japonya-ile-nukleer-santral-isbirligi-anlasmasi-tbmmde-kabul-edildi-219347.jpg

Türkiyə Böyük Millət Məclisi (TBMM) fövqəladə iclasa toplanır.


Femida.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, fövqəladə iclasın çağırılmasına səbəb bu gecə ölkədə baş verən hərbi çevriliş cəhdidir.

TBMM-in iclası Bakı vaxtilə saat1 5:00-da keçiriləcək.

Qeyd edək ki, bu gecə Türkiyədə hərbi çevrilişə cəhd olunub. Hadisə nəticəsində 90 nəfər ölüb, 1154 nəfər yaralanıb. Türkiyədə qiyamda iştirak edən 1563 hərbçi həbs edilib.

Bundan əlavə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının binasını boşaldan 200-dək qiyamçı polisə təslim olub. Həbs edilənlər arasında 5 general və 29 polkovnikin olduğu qeyd edilib.

Açar sözlər:

Oxunub: 1071