Türkiyə hərbi helikopteri Yunanıstana enib


18:21     16 İyul 2016 e27f7eaf957ba17ff30d8de3a90c584b.jpg

Türkiyəyə məxsus bir hərbi helikopter Yunanıstanın Aleksandropolis (Dədəağac) şəhərinə enib.


Femida.az-ın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, SOS siqnalı verərək Yunanıstana enən helikopterdə 7 hərbçi və 1 mülki şəxs olduğu bildirilir. Onların hərbi çevriliş cəhdində iştirak etmiş şəxslər olduqları güman olunur. Bu şəxslərin Yunanıstandan siyasi sığınacaq istədikləri barədə xəbərlər gəlir.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fakta münasibət bildirib.

"Helikopterlə Yunanistana qaçan 8 xain əsgərin dərhal təslim edilməsini istədik", - deyə o, özünün "Twitter" səhifəsində yazıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1751