Türkiyədə ordu komandanı həbs olundu


23:51     16 İyul 2016 2c6ac8fba9dd1585e6014614146fa438.jpg

Türkiyə Silahlı Qüvvələrinin 2-ci ordusunun komandanı, ordu generalı Adəm Huduti həbs edilib.


Femida.az-ın “Milliyet”ə istinadən verdiyi məlumata görə, ordu generalı A. Huduti hərbi çevriliş cəhdi ilə əlaqədar saxlanılıb. O, son sutka ərzində həbs edilən ən yüksək rütbəli zabitdir.

Malatya qarnizonunun komandanı, general Avni Anqun və daha 2 general da həbs edilib. Malatyada keçirilən əməliyyatda mayor Fatih Kılınç öldürülüb.

Qeyd edək ki, qərargahı Malatyada yerləşən 2-ci ordu İran, İraq və Suriya istiqamətlərinin müdafiəsinə cavabdehdir. 2-ci ordunun 120 min hərbi və mülki personalı var.

Femida.az

Açar sözlər:

Oxunub: 1675