Türkiyədə korpus komandiri həbs olundu


01:27     17 İyul 2016 92cffacb21014688092cd017352f553c.jpg

Türkiyədə hərbi çevriliş cəhdi ilə əlaqədar yüksək rütbəli zabitlərin həbsi davam etdirilir.


Femida.az-ın “Milliyet”ə istinadən verdiyi məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin 3-cü korpus komandiri, ordu generalı Erdal Öztürk həbs edilib.

Hərbi çevriliş cəhdində şübhəli bilinən ordu generalı Erdal Öztürk Bursanın İnəgöl rayonunda saxlanılıb.

Bundan əvvəl Türkiyə Hərbi-Hava Qüvvələrinin sabiq komandanı, ordu generalı Akın Öztürk və Türkiyə Silahlı Qüvvələrinin 2-ci ordusunun komandanı, ordu generalı Adəm Huduti həbs ediliblər.

Qeyd edək ki, Türkiyədə hərbi çevriliş cəhdi ilə əlaqədar yüksək və orta rütbəli zabitlər daxil olmaqla 2800-dək şəxs saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1133