Traktor elektrik xəttinə ilişdi


03:14     18 İyul 2016 traktor5.jpg

Bu gün Salyan rayonu, Həsənli kəndində vətəndaşa məxsus “MTZ” markalı traktorun qoşqusuna yığılmış ot bağlaması yüksək gərginlikli hava elektrik xəttinə ilişərək yanğın baş verib.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı qoşquya yığılmış 3 ton ot bağlamasının 1 tonu yanıb. Hadisə zamanı bir nəfər vətəndaşı cərəyan vurma nəticəsində müxtəlif bədən xəsarətləri alıb və yanğınsöndürənlər hadisə yerinə çatana kimi vətəndaşlar tərəfindən xəstəxanaya aparılıb. Traktor, qoşqu və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 1140