Ermənistanda 200 nəfər saxlanılıb


13:00     18 İyul 2016 58cdfc48fff8b759dc5806ba5fb6ad85.jpg

Ermənistanda polis binasına hücumla əlaqədar 200 nəfər saxlanılıb.


Femida.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, hazırda onlardan 50-si sərbəst buraxılıb.

Məlumata əsasən, hüquq-mühafizə orqanları onların “Təsis Parlamenti” təşkilatı və Ermənistan Polisinin Patrul-mühafizə polkunun binasına hücum edən silahlı qrupla əlaqələrini araşdırır.

Xatırladaq ki, iyulun 17-də İrəvanda baş verən silahlı insident zamanı 1 polis əməkdaşı öldürülüb, 2-si yaralanıb. Polis idarəsini ələ keçirən silahlı şəxslər 7 nəfəri girov saxlayır.

Femida.az

Açar sözlər:

Oxunub: 1291