Türkiyədə tutulan general azadlığa çıxdı


15:04     19 İyul 2016 general83.jpg

Türkiyədə hərbi qiyam cəhdi ilə əlaqədar saxlanılmış Çanaqqala vilayətində dislokasiya olunmuş 18-ci mexanikləşdirilmiş diviziyanın komandiri, general İsmayıl Gürgən azad edilib.


Femida.az-ın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, general istintaq dövründə azadlıqda qalacaq.

Qeyd edək ki, general iyulun 16-da səhərə yaxın polis tərəfindən saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 6219