Qonşular su üstündə bir-birini xəstəxanalıq etdi - Oğuzda


13:55     24 İyul 2016 dava%20kutlevii8.jpg

Oğuzda qonşular su üstündə bir-birinə ağır bədən xəsarətləri yetirib.



Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, iyulun 23-ü günorta saatlarında Oğuz rayonu Yemişənli kənd sakinləri 1961-ci il təvəllüdlü Qeysəddin Qaqa oğlu İbrahimov və 1988-ci il təvəllüdlü Elməddin Şükür oğlu Xələfov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya daxil olublar. 55 yaşlı Qeysəddin İbrahimovun xəsarətləri ağır olduğundan ona xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Açar sözlər:

Oxunub: 2409