Qonşular arasında kütləvi dava - Polis onları bölməyə apardı


13:54     08 İyul 2017 dava%20mekteb.png

Bakıda qonşular arasında düşən kütləvi dava xəsarətlə nəticələnib.


Femida.az "Report"a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Naxımov küçəsi, Dənizçi 2 ünvanında qeydə alınıb.

1963-cü il təvəllüdlü Əliyeva Minarə Adışirin qızı və 1982-ci il təvəllüdlü oğlu Quliyev Sehran Tehran oğlu qonşuluqda yaşayan 4 nəfərlə hazırda məlum olmayan səbəbdən mübahisə edib. Nəticədə ana və oğlu döyülərək xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib. Əraziyə Xətayi Rayon Polis İdarəsinin 35-ci Polis bölməsinin əməkdaşları cəlb edilib. Dava iştirakçıları bölməyə aparılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 854