Qonşular su üstündə bir-birini xəstəxanalıq etdi


21:33     27 Avqust 2015 xestexanada73.jpg

Qonşusu onun baş nahiyəsinə əlindəki bel ilə zərbə endirib.


Daskəsən rayonunda su üstündə dava düşüb. Hadisə rayonun Muşavaq kəndində qeydə alınıb.

Daşkəsən rayon Polis İdarəsindən Femida.az-a verilən məlumata görə, kənd sakini 1988-ci il təvəllüdlü Əkbər Bayramovla həmkəndlisi Əmiraslan adlı şəxs arasında suyu öz əkin sahəsinə yönləndirmək üstündə mübahisə yaranıb. Hisslərini cilovlaya bilməyən Əmiraslan əlindəki bel ilə kəndlisi Əkbər Bayramovun başına zərbə endirib.

Başından ağır zərbə alan yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xidmətinin Travmatologiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, hazırda yaralının vəziyyəti normaldır.

Hadisəni törətməkdə şübhəli bilinən Əmiraslanın isə ilkin dindirilməsi aparılır.

Açar sözlər:

Oxunub: 1274