Qonşular arasında dava: ata və oğul bıçaqlandı


14:43     25 İyul 2015 23755.jpg

Gəncədə qonşular arasında dava bıçaqlanma ilə nəticələnib.


APA-nın məlumatına görə, 1988-ci il təvəllüdlü Ramil Əliyevlə 1973-cü il təvəllüdlü Rəhman Qənbərov arasında yaranan mübahisə zamanı Rəhmanla oğlu Elnur Ramili döyülərək müxtəlif bədən xəsarətləri yetiriblər.

Ramil isə onu döyən ata və oğulu bıçaqlayıb. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə dalaşan şəxslər sərxoş olublar.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 932