Qonşular su üstündə dalaşdılar - vəziyyətləri ağırdır


16:24     26 İyul 2016 photo_517339.png

Oğuzda qonşular su üstündə bir-birinə ağır bədən xəsarətləri yetirib.


Femida.az Region TV-yə istinadən xəbər verir ki, Şəki rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, Yemişənli kənd sakinləri 55 yaşlı Qeysəddin İbrahimov və 35 yaşlı Elməddin Xələfov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya daxil olublar.

55 yaşlı Qeysəddin İbrahimovun xəsarətləri ağır olduğundan ona xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən 28 yaşlı Elməddin Xələfovaya isə qapalı kəllə-beyin travması diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.

Oğuz rayon Polis Şöbəsindən bildirilib ki, rayonun Yemişənli kənd sakinləri olan və qonşuluqda yaşayan Qeysəddin İbrahimovla Elməddin Xələfov arasında su üstündə mübahisə düşüb. Qonşular arasında baş verən mübahisə davaya çevrilib və onlar bir-birinə ağır bədən xəsarətləri yetiriblər.

Faktla bağlı Oğuz RPŞ-də araşdırma aparılır.



Femida.az

Açar sözlər:

Oxunub: 2213