Ermənistanda gecə nə baş verib?- FOTOLAR


14:36     29 İyul 2016 ermenc.jpg

Ermənistanda prezident Serj Sarkisyana və hakimiyyətə qarşı dünən gecə də mitinq keçirilib.


Femida.az erməni KİV-lərinə istinadən xəbər verir ki, onların İrəvanın mərkəzi meydanı olan `Azadlıq` da olan mitinq sona kimi baş tutmayıb. Buna səbəb isə güclü yağış olub.

İrs partiyasının təmsilçisi Armen Martirosyan deyib ki, bu gün güclü yağış onların planlarını bir qədər pozsa da, onlar davam edəcəklər.

Xatırladaq ki, ötən gün həmin partiya Sarkisyan hakimiyyəti qarşısına 5 maddədən ibarət şərt qoymuşdu.

Bunlar aşağıdakılardır:

1.Bütün siyasi məhbuslar azad olunmalı
2. Suverenliyin bərpası
3.“Azad olunmuş ərazilər” in qaytarılmaması
4.Etibarlı hökumət yaratmaq
5.Növbədənkənar seçkilər keçirilməli və Sarkisyan hakimiyyətdən uzaqlaşdırılmalı

Onlar qeyd ediblər ki, bu şərtlər yerinə yetirilməsə etirazlarını davam etdirəcəklər.













Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 3475