Ermənistanda atışma başladı- Polis öldürüldü


00:11     31 İyul 2016 default%20(4).jpg

İrəvanda polis alayının binasını ələ keçirmiş silahlı qrup yenidən asayiş keşikçilərinə atəş açıb.


Femida.az-ın erməni mərbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Polisinin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan bildirib.

Atışma nəticəsində 1986-cı il təvəllüdlü polis əməkdaşı Yura Tepanosyan ölüb. Məlumata görə, o, silahlı qrupun mövqe tutduğu polis binasından 350-400 metr aralıda xidməti avtomobildə olarkən güllə yarası alıb və hadisə yerində ölüb.

Qeyd edək ki, iyulun 17-dən polis alayının binasını nəzarətdə saxlayan silahlı qrupun qətlə yetirdiyi ikinci polis əməkdaşıdır.

Açar sözlər:

Oxunub: 4763