İlhamə Quliyevanın köməkçisinin cinayət işi məhkəməyə göndərilib


01:57     31 İyul 2016 76290_47ie96khmo.jpg

Mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynova barəsində olan cinayət işi üzrə materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Bu barədə Femida.az-a M. Hüseynovanın vəkili Vasif Mirzəyev deyib.

Onun sözlərinə görə, hələlik məhkəmənin vaxtı məlum deyil.

Qeyd edək ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180.3.2-ci (külli miqdarda soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb.

İ. Quliyeva bu il fevralın 25-də dünyasını dəyişib.

Açar sözlər:

Oxunub: 1864