İlhamə Quliyevanın köməkçisi məhkəmədə susdu


21:55     15 Noyabr 2016 ilhame_quliyeva4.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.



Femida.az-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Vasif Mirzəyev əlavə şahidlərin məhkəmədə dindirilməsi haqqında vəsatət qaldırıb.

Məhkəmə vəsatəti baxılmamış saxlayıb.


Hakim M. Hüseynova ifadə verməyi təklif edib. Lakin o, ifadə verməkdən imtina edib və məhkəmədən vaxt istəyib.

Buna görə məhkəmə prosesi noyabrın 22-dək təxirə salınıb.


Qeyd edək ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180.3.2-ci (külli miqdarda soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb.

İ. Quliyeva bu il fevralın 25-də dünyasını dəyişib.

Açar sözlər:

Oxunub: 1089