İlhamə Quliyevanı o əvəz edəcək - TƏYİNAT


15:39     15 Oktyabr 2016 ilhame7.jpg

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində yeni təyinat baş tutub.


Qurumun mətbuat xidmətinin rəhbəri Xatirə Qasımovanın Bizimyol.info-ya verdiyi məlumata görə, Şahin Verdiyev “Azərbaycan Televiziya və Radiosunun Səsyazma Evinə” direktor müavini təyin edilib. Yeni təyin edilən direktor müavini Şahin Verdiyev bundan əvvəl Yaşıl teatrın “Vahid” poeziya mərkəzinin direktoru vəzifələrində çalışıb.

Qeyd edək ki, qrumun direktor müavini xalq artisti mərhum İlhamə Quliyeva idi. Şahin Verdiyev bu təyinatla İlhamə Quliyevanın boş qalan vəzifəsinə təyin edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 4258