İlhamə Quliyevanın köməkçisinin məhkəməsi başlayıb


16:55     15 Avqust 2016 ilhame7.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.


Femida.az-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatlar dəqiqləşdirilib.

M. Hüseynovanın vəkili təqsirləndirilən şəxs barəsində cinayət işinə xitam verilməsi haqda vəsatət qaldırıb.

Məhkəmə vəsatəti təmin etməyib.

Məhkəmə baxışı avqustun 23-nə təyin edilib.

Qeyd edək ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180.3.2-ci (külli miqdarda soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb.

Xalq artisti İlhamə Quliyeva bu il fevralın 25-də dünyasını dəyişib.

Açar sözlər:

Oxunub: 1283