Qənirə Paşayeva hamını stadiona səslədi - “Qarabağ“ı tək qoymayaq


17:29     02 Avqust 2016 pasayeva4.jpg

"Bu gün hamımız "Qarabağ" formalarımızı geyinib gedirik Tofiq Bəhramov adına stadionda "Qarabağ" - "Viktoriya Plzen" (Çexiya) oyununda əziz "Qarabağ"a azarkeşlik etməyə".



Femida.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva özünün Facebook səhifəsində yazıb. Azarkeşləri "Qarabağ"ı dəstəkləməyə səsləyən millət vəkili daha sonra əlavə edib:

"Komandamızın hər zaman bizim dəstəyimizə ehtiyacı var! Bizim isə "Qarabağ"ın qələbəsinə! Uğurlar "Qarabağ"! Sabah hamımız dualarımız və dəstəyimizlə yanındayıq"!

Açar sözlər:

Oxunub: 6365