Fransız idmançının ayağı belə sındı - VİDEO (+16)


18:48     07 Avqust 2016 samir%20sait%20fransiz.jpg

Rio-de-Janeyroda keçirilən Olimpiya oyunlarında fransalı gimnast Samir Ait Sayt dayaqla tullanma zamanı yerə pis düşüb və ayağını sındırıb.


Köməyə gələn həkimlər Samiri xərəyə qoyaraq, aparıblar. Məlum olub ki, o, lülə sümüyünü iki yerdən sındırıb.

`Eybi yox, mən Tokioda qayıdıb, qızıl medalı qazanacağam`,- deyə gimnast öz tvitter hesabında yazıb.

Amma işin tərsliyinə bax ki, gimnastı aparan həkimlər də ehtiyatsızlıq edərək, onu xərəkdən yerə salıblar.


Açar sözlər:

Oxunub: 7768