Avtobus dərəyə düşdü: 5 ölü, 13 yaralı


03:25     12 Avqust 2016 da2911613050d8a7befcd2601d36df61.jpg

Krımda, Aluşta-Feodosiya avtomobil yolu ilə hərəkət edən avtobus dərəyə yuvarlanıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, qəza nəticəsində 5 nəfər ölüb, 13 nəfər xəsarət alıb.



Məlumata görə, qəza Aluşta-Sudak-Feodosiya yolunun 50-ci kilometrliyində, Şebetovka yaşayış məntəqəsinin yaxınlığında baş verib. Yaralılar xəstəxanaya yerləşdirilib.

Açar sözlər:

Oxunub: 1219