Türkiyədə 1017 məktəb bağlanıb


22:11     14 Avqust 2016 turkiye%20tehsil%20nazirliyi.jpg

Türkiyədə dövlət çevrilişə cəhddən sonra bağlanan tədris ocaqlarının sayı artmaqdadır.


Femida.az-ınTürkiyə mətbuatına istinadən məlumatına görə, bağlanılan məktəblərin sayı artıq 1017-yə çatıb. Belə ki, aparılan istintaq işi çərçivəsində 823 özəl uşaq bağçası, həmçinin 283 təlim kursu keçirilən müəssisələr bağlanılıb.

Bağlanılan məktəblərdə təhsil alan şagirdlərin transferi üçün Rayon Milli Təlim müdirliyinə müraciət edilməlidir.

Femida.az

Açar sözlər:

Oxunub: 1185