Avtobus dərəyə yuvarlandı: 16 ölü


10:08     16 Avqust 2016 1431766396_3.jpg

Pakistanda sərnişin avtobusunun dərəyə düşməsi nəticəsində 16 nəfər ölüb, 29 nəfər yaralanıb.


Femida.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, xəsarət alanlardan 6-nın vəziyyəti ağır kimi qiymətləndirilir.

Qəza Palandri və Hacira yaşayış məntəqələrini birləşdirən yolda qeydə alınıb. İlkin məlumata əsasən, qəzaya səbəb 50-dən çox insanı toya aparan avtobus sürücüsünün idarəetməni itirməsi olub.

Femida.az

Açar sözlər:

Oxunub: 1021