Rövşən Lənkəranskinin cənazəsi Azərbaycana gətirilir


00:10     19 Avqust 2016 Rovsen-lenkeranski2.jpg

İstanbulda qətlə yetirilmiş Rövşən Lənkəranskinin (Caniyevin) Azərbaycana gətirilməsi ilə bağlı bütün sənədlər hazırlanıb və onun yaxınlarına təhvil verilib.


Bu barədə Apa-ya Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan məlumat verilib.

Məlumata görə, artıq cənazənin Azərbaycana gətirilməsi üçün hava limanında sənədləşmə aparılır.

Rövşən Lənkəranskinin cənazəsi doğulduğu Lənkəran rayonuna gətiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 2546