Rövşən Lənkəranski haqqında sənədli film çəkildi - VİDEO


16:09     22 Avqust 2016 Rovsen-lenkeranski%20(1).jpg

Türkiyənin İstanbul şəhərində güllənərək öldürülən "qanuni oğru" Rövşən Lənkəranski haqqında sənədli film hazırlanıb.


Femida.az xəbər verir ki, filmdə Lənkəranskinin həyatı və qazandığı nüfuz haqqında söhbət açılır. Filmdə yazıçılar, avtoritetlər və "qanuni oğru"lar danışdırılır. Filmi hazırlayan şəxslər onunla bağlı bir sıra ekspertlərə müraciət ediblər. Hətta bu filmdə o, azərbaycanlılar arasında 1 nömrəli avtoritet də adlandırılıb.

Rövşən Lənkəranskinin nəinki azərbaycanlılar arasında, hətta bütöv regionda nüfuz qazandığı bildirilir. Atasının qatilini məhkəmə zalında öldürdükdən sonra bütün regiona səs salan Lənkəranski qısa zamanda Rusiya, Türkiyə, Ukrayna və Birləşmiş Ərəb Əmirliyindəki "qanuni oğru"lar arasında söz sahibi olub.



Açar sözlər:

Oxunub: 5444