Krediti olanların nəzərinə
16:46 05 İyul 2015
Azərbaycanda problemli kreditlərin həcmi 1,2 milyard manatı ötüb. Bu göstərici kredit sığortasını aktuallaşdırır. Ancaq sığorta şirkətləri kreditləri sığortalamaqda maraqlı deyillər. Bunun bir sıra səbəbləri var.
Femida.az xəzər xəbər-ə istinadən məlumatına görə, Kredit sığortası - kredit götürən şəxsin banka borcunu ödəyə bilmədiyi təqdirdə həmin vəsaitin sığorta şirkəti tərəfindən ödənilməsini nəzərdə tutur. Azərbaycanda bu sığorta ödənişi kredit götürənlərin vəfatı və əmək qabiliyyətinin itirilməsi hallarında həyata keçirilir. Xarici təcrübədə isə kredit sığortasının əhatə dairəsi daha genişdir.
Sığorta hadisəsi siyahısında borcun ödənilməsini çətinləşdirən səbəbləri genişləndirməklə problemli kreditlərin həcmini azaltmaq olar. Bu məsələdə banklar maraqlı olsa da, sığorta şirkətləri boyun qaçırır. Digər tərəfdən müştərilər tərəfindən də sui-istifadə halları sığorta şirkətlərini kredit sığortasından uzaqlaşdırır.
Oxunub: 1009
Oxşar xəbərlər
- Krediti olan deputatlarımız kimlərdir?
- Krediti olanlar sosial ev ala bilər? - İqtisadçı sualları cavablandırır
- Kreditini ödəmədiyi üçün həbs olundu
- Krediti ödəyə bilmədiyi üçün həbs olundu - Azərbaycanda
- Krediti olan qadınlarla bağlı maraqlı fakt
- Krediti olan şəxs sosial yardım ala bilər?
- Krediti ödəməsək, nə olacaq? - VİDEO
- Krediti maaş kartından tutulan vətəndaş nə etməli? CAVAB
- Krediti olanlar- DİQQƏT
- Krediti olanlar bunu mütləq oxusun