Mərkəzi Bankdan devalvasiya xəbərləri ilə bağlı - Açıqlama


01:27     23 Avqust 2016 merkezi%20bank148.jpg

“Hazırda Dövlət Neft Fondu Mərkəzi Bankın təşkil etdiyi hərraclarda valyuta satışları həyata keçirir və bu satışlar davam etdiriləcək”.



Femida.az xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Mərkəzi Bankından belə bildirilib.

“Devalvasiya ilə bağlı şayiələr əsassızdır. Belə ki, manatın məzənnəsi mövcud məzənnə rejiminə uyğun olaraq valyuta bazarında tələb və təklifdən asılı olaraq formalaşır”, - deyə məlumatda vurğulanıb.

Mərkəzi Bankdan bildirilib ki, valyuta satışı hərraclarının keçirilmədiyi günlərdə banklararası valyuta bazarı fəaliyyət göstərir və banklar valyuta tələblərini bu bazar vasitəsilə ödəyə bilərlər.

Açar sözlər:

Oxunub: 2252