Ukraynada Milli Aviasiya Universitetinin rəhbəri saxlanıldı


00:18     27 Avqust 2016 saxlanilib.jpg

Ukraynada Milli Aviasiya Universitetində rektor vəzifəsini icra edən şəxs rüşvətə görə saxlanılıb.


Femida.az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna prezidentinin mətbuat katibi Svyatoslav Tseqolko "facebook" səhifəsində yazıb.

Bildirib ki, Ukrayna Təhlükəsizlik Xidmətinin rəisi ölkə prezidentinə rektor əvəzinin 170 min avro rüşvətə görə saxlanıldığı barədə məlumat verib. Mətbuat katibinin sözlərinə görə, əməliyyat Ukrayna Milli Antikorrupsiya Bürosu və Ukrayna antikorrupsiya prokurorluğu ilə birgə aparılıb.


Femida.az

Açar sözlər:

Oxunub: 1019