Ermənistanda xərçəng xəstələrinin sayı artır


21:20     27 Avqust 2016 ermenistan%20xerceng.jpg

Ermənistanda xərçəng xəstəliyinin səviyyəsi son 20 ildə iki dəfə artıb.


Femida.az erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan Milli Onkologiya Mərkəzinin direktor müavini Qaqik Bazikyan deyib.

“Əgər 20 il bundan əvvəl biz xərçəng diaqnozu ilə ildə 4-5 min nəfəri qeydiyyata alırdıqsa, bu gün bu rəqəm 8700 təşkil edir. Bütün dünyada olduğu kimi Ermənistanda da xərçəng xəstəliyinin səviyyəsi artacaq. Çünki onunla mübarizə aparmaq çox çətindir. Bizim əsas məqsədimiz xərçəngdən ölüm hallarının sayını azaltmaqdır”.

Qaqikyan bildirib ki, Ermənistanda xəstələr həkimlərə çox gec, onkoloji xəstəliyin son mərhələsində müraciət edirlər.

Açar sözlər:

Oxunub: 1147