Obama ilə Ərdoğan Pekində görüşəcək


02:41     30 Avqust 2016 838d82423111bea20d007b43813b67e9.jpg

Sentyabrın 4-də Pekində, “G-20” sammiti çərçivəsində ABŞ prezidenti Barak Obama və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçiriləcək.


Femida.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidentinin köməkçisi Ben Rods danışıb.

Onun sözlərinə görə, tərəflər Türkiyədə hərbi çevrilişə cəhddən sonra vəziyyəti, Suriya və İraqda İŞİD-lə mübarizəni, miqrant böhranı və digər məsələləri müzakirə edəcəklər.

Qeyd edək ki, ABŞ və Türkiyə prezidentləri Çinin paytaxtı Pekində baş tutacaq “Böyük iyirmilik” (G-20) ölkələrinin sammitinə qatılacaqlar.

Femida.az

Açar sözlər:

Oxunub: 1067