Yolu keçmək istədi, amma... - Bakıda piyada ölümü


16:22     05 Sentyabr 2016 piyada%20oglan.jpg

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.


Binəqədi rayon Polis İdarəsindən Femida.az-a verilən məlumata görə, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb. Abşeron rayon sakini Ramil Şükürov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən Sumqayıt şəhər sakini, 77 yaşlı Musa Musayevi vurub. Piyada aldığı xəsarətydən hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 838