Ermənistanda meri güllələdilər


15:33     17 Sentyabr 2016 ermeni%20meri%20gullelediler.jpg

Dünən axşam saat 23:00 radələrində paytaxt İrəvandan geri qayıdan Eçməzdin şəhərinin meri Karen Qriqoryanın avtomobili atəşə tutulub.


Femida.az Ermənistan mediasına istinadən xəbər verir ki, hadisə zamanı mer xəsarət almayıb.

Qrioqryanın avtomobilinə Eçməzdin meriyasına digər namizəd Artur Tumanyan və sabiq merin qardaşı oğlu Qraçik Abqaryan atəş açıb.

İnsidentdən sonra tərəflər arasında dava düşüb. Nəticədə Tumanyan və Abqaryan ciddi xəsarət alıb. Hazırda onların hər ikisi xəstəxanadadır.

Karen Qriqoryanın ofisindən “News.am”-a bildirilib ki, hazırda hüquq–mühafizə orqanlarında insidentlə başlı araşdırma aparılır.

“Abqaryan və Tumanyanı döyüblər, onlar hazırda xəstəxanadadılar”-deyə qeyd olunub. Şəhərdə vəziyyətin gərgin olduğu, təhlükəsizik tədbirlərinin gücləndirildiyi deyilir.

Qeyd edək ki, Eçməzdində mer seçkiləri sentyabrın 18-i keçiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1874