İsrail əsgərləri daha bir fələstinlini öldürdü


18:30     17 Sentyabr 2016 israil%20felestin.jpg

İsrail əsgərlərinin İordan çayının qərb sahilinin əl-Xəlil şəhərində bir fələstinlini vuraraq öldürdüyü bildirilib.


İsrail ordusundan verilən yazılı açıqlamada "Təl ər-Rumeydə məhəlləsində bir İsrail əsgərini bıçaqlayan fələstinli gənc öldürülüb. Bıçaqlanan İsrail əsgəri isə yüngül yaralanıb", - deyə qeyd edilib.

Fələstin Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada isə İsrail əsgərlərinin açdığı atəş nəticəsində əl-Xəlil şəhəri sakinlərindən 25 yaşlı Hatəm Abdulhafiz əş-Şəludinin həyatını itirdiyi bildirilib. Bu hadisə ilə birlikdə İsrail qüvvələrinin son 24 saat ərzində öldürdüyü fələstinlilərin sayı 3-ə yüksəlib.

Femida.az

Açar sözlər:

Oxunub: 910