Gürcüstan Azərbaycana hərbi attaşe təyin edib


17:36     21 Sentyabr 2016 e62cfac3-cb19-47a8-9ead-a6bedd824bd9.jpg

Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov sentyabrın 21-də Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidze ilə görüşüb.


Nazirlikdən Femida.az-a verilən məlumata görə, görüşdə hər iki ölkənin silahlı qüvvələrinin inkişafı istiqamətində həyata keçirilən əməkdaşlığın perspektivləri və regiondakı hərbi-siyasi vəziyyət və digər məsələlər müzakirə olunub.

Sonra səfir Gürcüstanın ölkəmizdə yeni təyin olunan hərbi attaşesi, polkovnik Giorgi Kvirikaşvilini Azərbaycan müdafiə nazirinə təqdim edib.

Müdafiə naziri hərbi attaşeni yeni təyinatı münasibətilə təbrik edərək ona ölkələrimizin silahlı qüvvələri arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində gələcək fəaliyyətində uğurlar arzulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 991