İpoteka Fondu səhmlər buraxıb
15:10 28 Sentyabr 2016
“Azərbaycan İpoteka Fondu” ASC-nin hər birinin nominal dəyəri 1 manat olan 307 238 671 ədəd adi səhmləri buraxılıb.
Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Femida.az-a bildirib. Qeyd olunur ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində fəaliyyət göstərmiş Azərbaycan İpoteka Fondunun yenidən təşkil yolu ilə “Azərbaycan İpoteka Fondu” ASC-nin (Fond) yaradılması ilə əlaqədar olaraq, adi səhmlərin buraxılışı AZ1001008684 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
Səhmlərin qapalı yerləşdirmə üsulu ilə yerləşdirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, MBNP ölkədə maliyyə sektorunun dayanıqlılığını təmin etmək və bu sahədə nəzarət mexanizmlərini təkmilləşdirmək məqsədilə Azərbaycan Respublikasının Prezidentinin 03 fevral 2016-cı il tarixli Fərmanı ilə yaradılmışdır.
Femida.az
Oxunub: 1089
Oxşar xəbərlər
- İpoteka və Kredit Zəmanət fondları birləşdirildi
- İpoteka Fondu indiyədək 20 min 376 ipoteka krediti verib
- İpoteka ilə ev almaq istəyənlərə şad xəbər
- İpoteka Fondu tender keçirir
- İpoteka krediti almaq istəyənlərin nəzərinə
- İpoteka krediti verən banklar – SİYAHI
- İpoteka almaq istəyənlərə şad xəbər
- İpoteka Fondu auditor seçir
- İpoteka kreditləşməsi 65 dəfə azalıb
- İpoteka almaq istəyənlərə şad xəbər - VİDEO