İpoteka almaq istəyənlərə şad xəbər


18:38     24 Noyabr 2016 ipoteka26.jpg

“Azərbaycan İpoteka Fondu" ASC-nin müvəkkil bankları tərəfindən https://e-ipoteka.az/portal/ internet portalı üzərindən ipoteka kreditləri üzrə vətəndaşlardan müraciətlərin qəbuluna başlanılıb. "


Femida.az Fonda istinadən xəbər verir ki, İpoteka kreditlərinin verilməsi müvəkkil təşkilatların iştirakı ilə həyata keçirilir.

Müvəkkil təşkilatlar “Azərbaycan İpoteka Fondu" ASC tərəfindən müvəkkil banklar, sığortaçılar və qiymətləndiricilərin seçilməsi və qiymətləndirilməsi Qaydaları”na uyğun olaraq seçilir. Bu Qaydalar əsasında artıq bir sıra müvəkkil təşkilatlarla müvafiq müqavilələr bağlanılıb.

Müvəkkil təşkilatların siyahısına daxil olmaq istəyən banklar, sığortaçılar və qiymətləndiricilər tərəfindən müraciətlər daxil olur və yeni müvəkkil təşkilatlar barədə əlavə məlumatlar təqdim olunacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 1161