İpoteka kreditləşməsi 65 dəfə azalıb


04:40     05 Oktyabr 2016 b2a30b17185dff145da299ea7de6263f.jpg

Bu ilin yanvar-avqust aylarında "Azərbaycan İpoteka Fondu" ASC-nin müvəkkil bankları dövlət xətti ilə 1,1 mln. manat ipoteka krediti verib.


Femida.az-ın `Report`-a istinadən məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 65,3 dəfə azdır.

Son 1 ildə ipoteka kreditlərinin orta məbləği 0,45% və yaxud 183 manat artaraq 40 883 manat, kreditlərin orta müddəti sabit qalaraq 280 ay (23 il 4 ay), kreditin orta illik faiz dərəcəsi 0,02 faiz bəndi azalaraq 6,7%, kreditlərə görə aylıq ödənişin məbləği isə 0,54% və yaxud 1,6 manat azalaraq 295,9 manat olub.

Femida.az

Açar sözlər:

Oxunub: 1090