İpoteka krediti verən banklar – SİYAHI
21:00 01 Dekabr 2016
Bir sıra bank və sığorta şirkətlərinin “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinə daxil olmuş müraciəti əsasında İdarə Heyətinin qərarı ilə müvəkkil bank və sığortaçıların siyahısı genişləndirilib.
Femida.az xəbər verir ki, fonddan verilən məlumata görə, yeni qəbul olunmuş müvəkkil təşkilatlar əvvəllər də Cəmiyyətin müvəkkil təşkilatlarının siyahısına daxil olublar və ötən dövr ərzində onlarla faydalı qarşılıqlı əməkdaşlıq təcrübəsi formalaşıb.
Beləliklə, hazırda müvəkkil bankların sayı 19-a, sığortaçıların sayı isə 15-ə çatıb.
Müvəkkil banklar:
- “Xalq Bank”
- “AGBank”
- “PAŞA Bank”
- “Bank Avrasiya”
- “Kapital Bank”
- “Bank BTB”
- “NBC Bank”
- “AzərTürkBank”
- “AFB Bank”
- “Nikoil Bank”
- “Unibank”
- “Bank Respublika”
- “TuranBank”
- “Caspian Development Bank”
- “Expressbank”
- “Bank Silkway”
- “Rabitəbank”
- “Bank VTB (Azərbaycan)”
- “Yapı Kredi Bank (Azərbaycan)”
Müvəkkil sığorta şirkətləri:
- “PAŞA Sığorta”
- “PAŞA Həyat”
- “Qala Sığorta”
- “Qala Həyat”
- “Atəşgah Sığorta”
- “Atəşgah Həyat”
- “AzSığorta”
- “Xalq Sığorta”
- “AtaSığorta”
- “Bakı Sığorta”
- “AXA Mbask”
- “A-Group Sığorta”
- “Rəvan Sığorta”
- “AzərSığorta”
- “Silkway Sığorta”
Oxunub: 1946
Oxşar xəbərlər
- İpoteka və Kredit Zəmanət fondları birləşdirildi
- İpoteka Fondu indiyədək 20 min 376 ipoteka krediti verib
- İpoteka ilə ev almaq istəyənlərə şad xəbər
- İpoteka Fondu tender keçirir
- İpoteka krediti almaq istəyənlərin nəzərinə
- İpoteka almaq istəyənlərə şad xəbər
- İpoteka Fondu auditor seçir
- İpoteka kreditləşməsi 65 dəfə azalıb
- İpoteka Fondu səhmlər buraxıb
- İpoteka almaq istəyənlərə şad xəbər - VİDEO