İpoteka Fondu auditor seçir


01:50     14 Oktyabr 2016 ipoteka20.jpg

"Azərbaycan İpoteka Fondu" ASC 2016-cı il üçün maliyyə hesabatlarının auditinin keçirilməsi üzrə kənar auditorun seçilməsi ilə bağlı təkliflər sorğusu elan edib.


Femida.az ASC-yə istinadla xəbər verir ki, satınalmada iştirak haqqı 150 manatdır. Satınalma üzrə ilkin sənədlər oktyabrın 26-dək, təklif zərfləri isə noyabrın 7-nə qədər qəbul ediləcək. Məsələ üzrə zərflər noyabrın 8-i saat 15:00-da cəmiyyətin inzibati binasında açılacaq.

Satınalmanın nəticəsi nizamnaməyə uyğun olaraq cəmiyyətin müşahidə şurası tərəfindən təsdiq olunduqdan sonra satınalmanın qalibi elan ediləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1189