Cəlilabadda evdən oğurluq olub


20:14     29 Sentyabr 2016 1444025855_ogurluq1.jpg

Cəlilabad rayonunda evdən xeyli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb.


Hadisə rayonun Seyidbazar kənd sakini Namiq İsmayılova məxsus fərdi evdə baş verib. Ailə üzvlərinin toyda olmasından istifadə edən naməlum şəxs və ya şəxslər evin pəncərəsini sındırmaqla içəri daxil olub və mənzildən 5500 manat pul və qızıl-zinət əşyalarını oğurlayıblar.

Zərərçəkənin sözlərinə görə, həyətdəki ayaq izlərindən evə iki nəfərin daxil olduğu məlum olur.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə və Cəlilabad Rayon Polis Şöbəsinə məlumat verilib. Polis əməkdaşları hadisə yerinə gələrək istintaq hərəkətləri üçün zəruri olan barmaq izlərini götürüblər.

Hazırda cinayəti törədənlərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.(Apa)

Femida.az

Açar sözlər:

Oxunub: 1044