Bakı-Quba yolunda ağır qəza


01:59     03 Oktyabr 2016 qeza52.PNG

Bu gün axşam saatlarında Siyəzəndə yol nəqliyyat hadisəsi baş verib.


APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Bakı-Quba yolunun 84-cü km-də qeydə alınıb.

“Kia Ria” markalı maşının aşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regionla Diaqnostika Mərkəzinə yerləşdirilib. Onlar Bakı şəhər sakinləri 1976-cı il təvəllüdlü Əsədova Vəsilə Fərhad qızı, 2008-ci il təvəllüdlü Əsədi Həsən Zaur oğlu və 2005-ci il təvəllüdlü Məmmədli Şamil Eldəniz oğludur. Qəzaya səbəb maşının təkərinin yolda olan çuxura düşərək partlaması olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Açar sözlər:

Oxunub: 1138