Bakı-Quba yolunda ağır qəza: Ölən var


15:54     19 Dekabr 2017 1385526488qeza_avto_00.jpg

Bakı-Quba-Rusiya Federasiyası yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.



Femida.az -ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə magistralın 73-cü km-də, Xızının Giləzi qəsəbəsi ərazisində qeydə alınıb. “Shacman” markalı yük maşını ilə “Skoda” markalı minik maşını toqquşub. Qəza nəticəsində İsmayılov Nizami Qulu oğlu ölüb, Cabbarova Süriyyə Vəli qızı isə xəsarət alıb.


Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Açar sözlər:

Oxunub: 1114