Bakı-Quba yolunda qəza, ölən var


13:05     11 Oktyabr 2017 qeza%20yeni4.jpg

Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı-Quba yolunun 32-ci kilometrliyində "Shacman" markalı yük avtomobili yolda idarəetməni itirərək dəmir çəpərə çırpılaraq aşıb.

Yük avtomobilinin sürücüsü, 1957-ci il təvəllüdlü Qasımov Firudin Əziz oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin xilasediciləri tərəfindən avtomobildən çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 625