Bakı-Quba yolunda hərəkət bərpa edilib


21:13     27 Avqust 2017 0ba5c7df-e2e0-4658-85f1-0c52681e153c_640.jpg

Baş Dövlət Yol Polisi İdarəsi bu gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında baş verən yanğın və partlayışla əlaqədar xəbərdarlıq edib.


Femida.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev APA-ya məlumat verib.

Onun sözlərinə görə, Xızı rayonu ərazisində yaranmış təhlükə ilə əlaqədar Bakı-Quba avtomobil yolunun 28-ci km-dən, eləcə də həmin yolun Qubadan paytaxt istiqamətinə 78-ci km-dən nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılıb.

Qeyd olunanları nəzərə alaraq sürücülərdən xahiş olunur ki, həmin istiqamətlərdə səfərlərini müvəqqəti olaraq təxirə salsınlar.

Femida.az

Açar sözlər:

Oxunub: 892